Bank Of Baku

Tehranda Azərbaycandan təbii qazın idxalına dair baza sazişi imzalanacaq

Tehranda Azərbaycandan təbii qazın idxalına dair baza sazişi imzalanacaq
# 08 fevral 2011 13:42 (UTC +04:00)
APA-Economics”in “MehrNews”a istinadən xəbərinə görə, bu barədə İranın neft nazirinin müavini Cavad Ouci açıqlama verib.

Onun sözlərinə görə, İran, Suriya və İraq arasında qaz kəmərinin tikintisinə dair üçtərəfli sazişə uyğun olaraq rəsmi Tehran layihənin reallaşdırılmasına başlayır. Bu yaxınlarda İran banklarının biri ilə 3 mlrd. dollarlıq kredit müqaviləsi imzalanıb.

C.Ouci qeyd edib ki, Azərbaycandan təbii qazın idxalına dair baza sazişinin yekun variantı artıq hazırdır və yaxın vaxtlarda Tehranda onun imzalanması gözlənilir. Yeni saziş imzalandıqdan sonra Bakı-Tehran qaz kəmərinin nəqletmə qabiliyyəti 2 mln. kubmetrə, gələn il isə 5 mln. kubmetrə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR