Bank Of Baku

Azərbaycan yanvarda elektrik enerjisi istehsalını 12% artırıb

Azərbaycan yanvarda elektrik enerjisi istehsalını 12% artırıb
# 09 fevral 2011 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın enerji sistemində 1,9 mlrd. kV/saata yaxın elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin dekabr ayına nisbətən yanvarında istehsal edilən elektrik enerjisinin həcmi 11,8% artıb.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının payına 1,8 mlrd. kV/saat yaxın, su elektrik stansiyalarının payına isə 0,1 mlrd. kV/saaat yaxın elektrik enejisi istehsalı düşür.

Bununla yanaşı, ay ərzində Azərbaycan Rusiya, Türkiyə və İranla elektrik enerjisi mübadiləsini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR