Bank Of Baku

Bakı-Ceyhan kəmərilə neftin nəqli yanvarda 4% artıb

Bakı-Ceyhan kəmərilə neftin nəqli yanvarda 4% artıb
# 09 fevral 2011 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,9 mln. ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabr ayı ilə müqayisədə BTC kəməri ilə 3,6% çox neft nəql olunub.

Ümumiyyətlə, BTC istifadəyə verilən gündən 2011-ci il fevral ayının 1-ə qədər kəmərlə 146,5 mln. ton neft ötürülüb.

Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 225 142 ton, ümumilikdə isə 1 496 713 ton Türkmənistan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR