Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı yanvarda 23% azalıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı yanvarda 23% azalıb
# 09 fevral 2011 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Türkiyənin Ceyhan limanından 2,5 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə Ceyhan limanından çıxarılan Azərbaycan neftinin həcmi 10,7%, 2010-cu ilin dekabr ayı ilə müqayisədə isə 22,6% azalıb.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri istismara verilən gündən 2011-ci ilin fevral ayının 1-ə qədər Ceyhan limanından 144,4 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR