Bank Of Baku

ARDNŞ prezidenti cəbhəyanı kəndə qaz verilməsi mərasimində iştirak edib

ARDNŞ prezidenti cəbhəyanı kəndə qaz verilməsi mərasimində iştirak edib
# 09 fevral 2011 15:43 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu - APA. Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndinə təbii qazın verilməsi bu gün tam bərpa olunub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Goranboy rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna bildirilib ki, sözügedən yaşayış məntəqəsi uzun illərdir müharibə şəraitində olduğundan, burada qaz infrastrukturu demək olar ki, tamam sıradan çıxmışdı. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Tap-Qaraqoyunlu kəndinə yeni qaz kəməri çəkilib və yaşayış məntəqəsinin qazlaşdırılması üçün bütün tədbirlər həyata keçirilib.

Açılış mərasimində iştirak edən ARDNŞ prezidenti sakinlərlə söhbətində bundan sonra Tap-Qaraqoyunluda əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün daha bir neçə layihənin həyata keçiriləcəyini deyib. R.Abdullayev deyib ki, kəndin əsas problemlərindən birinin aradan qaldırılması üçün, yəni İncəçaydan götürülən suvarma suyunun səmərəli istifadəsindən ötrü kənddə irihəcmli su nasosu quraşdırılacaq.

Xatırladaq ki, Tap-Qaraqoyunluda əhali təsərrüfat sahələrini suvarmaq üçün İncəçaydan yararlanır. Bu çay isə təmas xətti boyunca axdığı üçün düşmən əkin-biçin işləri ilə məşğul olan və sahəsinə su gətirmək istəyən sakinləri atəşə tutur. İndiyədək xeyli sayda adam su hövzəsində düşmən gülləsindən həlak olub və yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR