Bank Of Baku

ARDNŞ-da dəniz obyektlərində aparılmış ekoloji monitorinqin nəticələrinə dair təqdimat keçirilib

ARDNŞ-da dəniz obyektlərində aparılmış ekoloji monitorinqin nəticələrinə dair təqdimat keçirilib
# 09 fevral 2011 15:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində «Neft Daşları» NQÇİ-nin istismarında olan «Palçıq Pilpiləsi» yatağında 2005-2009-cu illər ərzində aparılmış mövsümi ekoloji monitorinqlərin nəticələrinə dair təqdimat keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «Palçıq Pilpiləsi» yatağında seçilmiş məntəqələr üzrə 2005-2009-cu illərdə aparılmış ekoloji monitorinqlərdə neft-qaz hasilatı zamanı dəniz mühitində baş verən dəyişikliklər izlənilib, dəniz dibi, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri, dənizin ekoloji sisteminin hidroloji, hidrobioloji, bioloji, mikrobioloji, fizioloji tədqiqatlarında və bioresursların, dominantlıq təşkil edən qrupların növ müxtəlifliyi, say və biokütlənin dəyişməsində baş verən dinamika öyrənilib.

Təqdimatın bioloji bölməsində yataq ərazisində yayılmış fitoplankton və zooplankton növ müxtəlifliyi haqqında məlumat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Yataqda aparılmış kompleks analitik təhlillər nəticəsində tərtib edilmiş təqdimatdan məlum olub ki, ərazidə dib faunasının növ müxtəlifliyi son illər ərzində artıma meyllidir.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb və gələcəkdə digər yataqların ərazisində aparılmış monitorinqlər üzrə təqdimatların keçirilməsi məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR