Bank Of Baku

Sabah Bakının bəzi qəsəbələrinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər olacaq

Sabah Bakının bəzi qəsəbələrinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər olacaq
# 10 fevral 2011 13:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Sabah Bakının Buzovna, Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təminatında məhdudiyyətlər olacaq.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, buna səbəb qaz təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərlərdə aparılacaq işlərdir.

Söhbət 700 mm-lik “Hövsan-Digah-Qaradağ” magistral qaz kəməri ilə 500 mm-lik “Cənub” magistral qaz kəmərini birləşdirən 150 mm-lik əlaqələndirici qaz kəmərinin diametri 300 mm olan qaz kəmərilə əvəz olunmasından gedir. «Zabrat-2» Qazpaylayıcı Stansiyası ilə «Buzovna» Qazpaylayıcı Stansiyası arasındakı bu kəmərin dəyişdirilməsi ilə əlaqədar olaraq 11 fevral 2011-ci il tarixdə saat 10.00-dan etibarən bu iki stansiya arasında təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Buzovna qəsəbəsində, Nardaran və Maştağa qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR