Bank Of Baku

Litva Azərbaycandan maye qaz almaq niyyətindədir

Litva Azərbaycandan maye qaz almaq niyyətindədir
# 10 fevral 2011 13:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Litva Seyminin sədri İrena Dyaqutine bildirib.

Hazırda Litvada maye qaz terminalının tikildiyini deyən Seym sədri ölkəsinin maye qazla təchizatında Azərbaycanla da müzakirələr apardıqlarını vurğulayıb: «Azərbaycandan maye qazın alınmasına dair məsələləri rəsmi səviyyədə müzakirə edirik. Litva tərəfi Azərbaycanı maye qazın əsas təchizatçısı qismində görmək istəyir».

Maye qazın hansı marşrutla Litvaya çatdırılması məsələsinə gəlincə, İ.Dyaqutine hazırda bununla bağlı müzakirələrin aparıldığını və müxtəlif marşrutlardan istifadə imkanlarının araşdırıldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR