Bank Of Baku

Azərbaycanla Litva arasında enerji layihələri müzakirə olunub

Azərbaycanla Litva arasında enerji layihələri müzakirə olunub
# 10 fevral 2011 15:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Bakıda səfərdə olan Litva Seyminin sədri İrena Dyaqutinenin görüşündə müzakirə olunub.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə N.Əliyev litvalı qonağa Azərbaycanın iştirakçısı olduğu beynəlxalq enerji layihələri, eləcə də Avropaya neft-qaz ixracını həyata keçirməyə imkan verəcək planlaşdırılan yeni layihələr barədə məlumat verib.

Əsas müzakirə mövzularından biri Litvanın da enerji tələbatının ödənilməsinə ciddi təsir edəcək Odessa-Brodı-Qdansk kəmərinin tikintisini nəzərdə tutan «Sarmatiya» layihəsi olub. Görüşdə tərəflər Azərbaycanın əsas iştirakçısı olduğu bu layihələrin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını xüsusi qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR