Bank Of Baku

ARDNŞ yanvar ayında qaz planını artıqlaması ilə yerinə yetirib

ARDNŞ yanvar ayında qaz planını artıqlaması ilə yerinə yetirib
# 10 fevral 2011 15:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2011-ci ilin yanvar ayı ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 863 mln. 733 min kubmetr “mavi yanacaq” verib ki, bu da 2010-cu ilin dekabr ayına nisbətən 5% azdır.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yanvarda yeraltı qaz anbarlarından 550 mln. 804 min kubmetr “mavi yanacaq” götürülüb. Bununla da yanvar ayı ərzində 1 mlrd. 414 mln. 537 min kubmetr qaz istifadə olunub. 2010-cu ilin yanvar ayı ilə müqayisədə bu göstərici 158,4 mln. kubmetr çoxdur.

İstifadə olunan qazın 1 mlrd. 111 mln. 604 min kubmetri sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə verilib, 76 mln. 487 min kubmetr Gürcüstana, 188 mln. 962 min kubmetr qaz Rusiyaya ixrac olunub, 37 mln. 484 min kubmetr “mavi yanacaq” isə Naxçıvan MR-in qaz təminatı üçün İran İslam Respublikasına ötürülüb. Ötən ilin dekabrına nisbətən yanvarda Rusiyaya göndərilən qazın həcmi 148,6 mln. kubmetr, Gürcüstana verilən həcm isə 37,8 mln. kubmetr artıb.

Ümumilikdə ARDNŞ yanvar ayında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR