Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb
# 11 fevral 2011 07:00 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məlumat verən yerli sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından əhaliyə xəbərdarlıq edilmədən ölkənin şimal-qərb rayonlarına (Balakən, Zaqatala, Qax, Şəki və Oğuz) təbii qazın verilməsi dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada ölkənin şimal-qərb bölgəsinə təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb Yevlax-Şəki-Balakən magistral qaz kəmərinin 20-ci km-də qoşulma işlərinin aparılması göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları ərazidə qoşulma və təmir işlərinə başlayıb. Günün sonuna kimi qoşulma və təmir işlərinin başa çatdırılacağı və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR