Bank Of Baku

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası illik hesabatını açıqlayıb

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası illik hesabatını açıqlayıb
# 11 fevral 2011 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası «Mədən Hasilatında Şəffaflıq (MHŞT) Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun yaranmasından ötən bir ilin nəticələrinə dair» mövzuda dəyirmi masa keçirib.

«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu koalisiyasının bir il öncə yaradıldığı və ötən müddət ərzində gördüyü işlər barədə qısa məlumat verib.

Q.İbadoğlu bildirib ki, 2010-cu ildə koalisiyanı təmsil edən şəxslərin sayı 4 nəfər olub. «Razılaşma sənədinə görə, Çoxtərəfli Qrupun sayı 9 nəfər olmalıdır və bu razılaşmaya görə, koalisiyaya bir neçə üzv də qəbul edilib. Bundan başqa, bu yaxınlarda MHŞT-nin beynəlxalq səviyyədə katibliyinin təşəbbüsü ilə İdarə Heyətində vətəndaş cəmiyyəti təmsilçilərini əvəzlənməsi işi aparılıb. Belə ki, əvvəllər MHŞT-nin Beynəlxalq İdarə Heyətində İnqilab Əhmədov təmsil edib, 2011-ci ildən etibarən bu vəzifəni Sabit Bağırov icra edəcək».

Tədbirdə daha sonra MHŞT-nin Beynəlxalq İdarə Heyətinin üzvü S.Bağırov «Çoxtərəfli Qrupun fəaliyyəti, yekunlar, nəticə və perspektivlər, hökumət komissiyasının mövqeyi» mövzusunda geniş təqdimatla çıxış edib.

S.Bağırovun sözlərinə görə, koalisiyanın 2011-ci il üzrə planı da təsdiq edilib. Builki planlarda MHŞT-nin Azərbaycanda inkişafını daha da artırmaq, ölkənin bu sahədə lider olması üçün şirkətlərin fərdi hesabatlığa keçməsi qeyd olunub. «Həmçinin koalisiya bu il EİTİ+ ideyasını da reallaşdırmaq təklifini irəli sürüb. Bu təkliflərdə neft gəlirləri haqqında qanunun qəbul edilməsi və neft gəlirlərinin xərclərinə dair hesabatlar da nəzərdə tutulub».

Tədbirdə daha sonra MSŞT-nə dair müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR