Bank Of Baku

“EP-300” kompleksinin istehsal gücünün artırılması üçün hazırlıq işlərinə başlanılıb

“EP-300” kompleksinin istehsal gücünün artırılması üçün hazırlıq işlərinə başlanılıb
# 11 fevral 2011 16:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində fəaliyyət göstərən mövcud istehsalat sahələrinin genişləndirilməsi və yenidən qurulmasına yönəlmiş tədbirlər çərçivəsində Etilen-polietilen zavodunun “EP-300” kompleksinin istehsal gücünün artırılması ilə bağlı ilkin hazırlıq işlərinə başlanılıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Rusiyanın neft-kimya müəssisələri və qurğularının layihələndirilməsi üzrə ixtisaslaşmış elmi-tədqiqat institutlarının mütəxəssisləri ilə məsləhətləşmələr aparılır.

Beləliklə, “VNİİOS” (Moskva) və “Başqiproneftexim” (Ufa) institutlarının nümayəndələri dəvət olunmuş, onlarla ARDNŞ-də və “Azərikimya” İB-də görüşlər keçirilib. Azərbaycanda etilen istehsalının əsasını təşkil edən “EP-300” qurğusunun texnoloji proses və işçi layihələrinin vaxtilə məhz bu institutlarda hazırlanması, qurğunun rekonstruksiyasında onların iştirakının məqsədəuyğunluğu qeyd olunub. Müzakirələr zamanı yaxın dövrdə aparılması nəzərdə tutulan rekonstruksiya işlərinin əhatə edəcəyi sahələrin aydınlaşdırılması məqsədi ilə müəyyən müddət ərzində İB-nin mütəxəssisləri ilə birlikdə kompleksin avadanlıqlarının istismar vəziyyətinin, faktiki məhsuldarlığının, digər texniki və istehsalat göstəricilərinin dəqiqləşdirilməsi üçün tədqiqatlar aparılması qərara alınıb.

Bütün məlumatlar toplanıldıqdan və araşdırıldıqdan sonra müvafiq texniki əsaslandırma hesabatı hazırlanacaq və həmin yekun hesabat əsasında kompleksin yenidən qurulması və potensial imkanlarının artırılması perspektivləri müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR