Bank Of Baku

Buxarestdə AGRI layihəsi üzrə növbəti protokol imzalanacaq

Buxarestdə AGRI layihəsi üzrə növbəti protokol imzalanacaq
# 14 fevral 2011 08:41 (UTC +04:00)
APA-Economics”in Rumıniyanın İqtisadiyyat, Ticarət və İşgüzar Mühit Nazirliyinə istinadən xəbərinə görə, səfərdə məqsəd bu gün Buxarestdə keçiriləcək AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə qurumlararası müşavirədə iştirak etməkdir.

Müşavirədə N.Əliyevdən başqa, Gürcüstan və Rumıniyanın energetika nazirləri Aleksandr Xetaquri və İon Ariton, Macarıstanın milli inkişaf naziri Tamaş Felleqi, eləcə də tərəfdaş şirkətlərin - ARDNŞ (Azərbaycan), GOGC (Gürcüstan), MVM (Macarıstan) və “Romgas”ın (Rumıniya) nümayəndələri və Rumıniyanın baş naziri Emil Bok iştirak edəcəklər. görüşün yekununda AGRI layihəsi üzrə protokol imzalanması gözlənilir.

Rumıniyanın xarici işlər naziri Teodor Bakonski görüş ərəfəsində bildirib ki, AGRI layihəsi Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin inkişafına, o cümlədən enerji mənbələrinin və nəql marşrutlarının diversifikasiyasına səbəb olacaq: “Bu layihə “Nabucco” layihəsinə alternativ deyil, əksinə, onu tamamlayır. AGRI layihəsində regionun digər ölkələrinin iştirakında maraqlı olması onu göstərir ki, bu, həyat qabiliyyətli və əlçatan layihədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR