Bank Of Baku

Sumqayıtda 77 187 ədəd elektrik sayğacı quraşdırılıb

Sumqayıtda 77 187 ədəd elektrik sayğacı quraşdırılıb
# 14 fevral 2011 09:23 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində 2011-ci ilin yanvar ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 97,15% təşkil edib.

Bu barədə “APA-Economics”ə “Sumqayıtelektrikşəbəkə” ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonundan məlumat verib.

Ötən ay ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 891,88 min manat dəyərində, 14864,62 min kvt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 866,49 min manat dəyərində ödəniş olub.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 79509 nəfər abonent vardır. Şəhər üzrə ümumilikdə 77 187 ədəd elektrik sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR