Bank Of Baku

ARDNŞ-nin dövlət büdcəsinə ödəmələri 21% artıb

ARDNŞ-nin dövlət büdcəsinə ödəmələri 21% artıb
# 14 fevral 2011 14:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin yanvar ayında dövlət büdcəsinə 108 837 000 manat vəsait ödəyib.

ARDNŞ-dan “APA-Economics”ə verilən xəbərə görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19 043 000 manat və ya 21,2% çoxdur.

Bundan başqa, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 9 706 000 manat vəsait köçürüb ki, bu da 2010-cu ilin yanvar ayına nisbətən 990 000 manat (11,4%) çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR