Bank Of Baku

Macarıstanın dövlət elektrik enerjisi şirkəti AGRI layihəsinə qoşulacaq

Macarıstanın dövlət elektrik enerjisi şirkəti AGRI layihəsinə qoşulacaq
# 14 fevral 2011 15:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Macarıstanın MVM dövlət elektrik enerjisi şirkəti AGRI layihəsinə qoşulacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə qərar Rumıniya, Azərbaycan, Gürcüstan və Macarıstanın energetika nazirlərinin bu gün Buxarestdə keçirilən müşavirəsində qəbul olunub.

Görüşdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, layihənin dəyəri buraxılış gücündən asılı olaraq 4,5 mlrd. avroya qədər ola bilər. bundan başqa, AGRI-nin texniki-iqtisadi əsaslandırması üzrə işlər bir ilə qədər vaxt apara bilər: “İnvestisiya məsələsi qazın həcmindən asılı olacaq. Əgər biz həcmi 8 mlrd. kubmetrə qədər artıra bilsək, tələb olunan investisiyaların həcmi 4,5 mlrd. avro təşkil edəcək”.

AGRI şirkətinin Direktorlar Şurasının sədri Kondrea Kornelius qeyd edib ki, layihənin həyata keçirilməsi üçün növbəti addım onun texniki-iqtisadi əsaslandırmasının hazırlanması və maliyyələşdirmə üçün zəruri sənədlərin Avropa Komissiyasına təqdim edilməsi olacaq: “Avropa İttifaqı texniki-iqtisadi əsaslandırmanın 50%-ni maliyyələşdirə bilər”.

Qeyd edək ki, müşavirədə Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirləri Natiq Əliyev, Aleksandr Xetaquri və İon Ariton, Macarıstanın milli inkişaf naziri Tamaş Felleqi, eləcə də tərəfdaş şirkətlərin - ARDNŞ (Azərbaycan), GOGC (Gürcüstan), MVM (Macarıstan) və “Romgas”ın (Rumıniya) nümayəndələri və Rumıniyanın baş naziri Emil Bok iştirak ediblər. Görüşün yekununda AGRI layihəsi üzrə protokol imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR