Bank Of Baku

AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması bir ilə hazırlanacaq

AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması bir ilə hazırlanacaq
# 15 fevral 2011 07:31 (UTC +04:00)
«APA-Economics»in RBC-ya istinadən verdiyi məlumata görə, bu məsələ ötən gün Buxarestdə (Rumıniya) Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Rumıniyanın iqtisadiyyat, ticarət və işgüzarlıq mühiti naziri İon Ariton və Macarıstanın milli inkişaf naziri Tamaş Fellegi tərəfindən layihə üzrə imzalanmış protokolda əksini tapıb.

Sənəd texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün layihədə iştirak edən şirkətlərə maliyyə vəsaitlərinin cəlb edilməsinə dəstəyin verilməsini nəzərdə tutur. Qeyd edək ki, TİƏ-nin hazırlanması məsrəflərinin 50%-ni Avropa İttifaqı maliyyələşdirəcək. Protokolda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya «Cənub dəhlizi»nin vacib hissəsi olan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayacaq bu layihənin irəliləməsi barədə razılığa gəlib.

Xatırladaq ki, 2010-cu ilin sentyabrın 14-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıb. Layihə Azərbaycan qazının Gürcüstana nəqlini, orada onun xüsusi terminalda sıxılmasını və Rumıniyanın Konstansa limanındakı terminala tankerlərlə daşınmasını nəzərdə tutur. Buradan isə qaz artıq mövcud olan infrastruktur vasitəsi ilə digər Avropa ölkələrinə nəql ediləcək.

İlkin hesablamalara görə, AGRI layihəsinin icrasına 1,2-4,5 mlrd. avro tələb olunacaq. Vəsaitin dəqiq həcmi isə tikiləcək terminalların illik gücündən (2-8 mlrd. kubmetr) asılı olacaq. Layihənin təxminən 2 il ərzində reallaşması nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, layihənin dəyəri nəqletmə gücündən asılı olaraq 4,5 mlrd. avroya qədər arta bilər: «İnvestisiya məsələsi qazın həcmindən asılı olacaq. Əgər biz həcmi 8 mlrd. kubmetrə qədər artıra bilsək, tələb olunan investisiyaların həcmi 4,5 mlrd. avro təşkil edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR