Bank Of Baku

Azərbaycan neft və qaz hasilatını azaldıb

Azərbaycan neft və qaz hasilatını azaldıb
# 15 fevral 2011 07:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda neft və qaz hasilatı 2010-cu ilin analoji ayına nisbətən azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ölkədə 4,1 mln. ton neft və 2 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2010-cu ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 3,8% və 10,7% azdır.

Ümumiyyətlə, ötən ay Azərbaycanda məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 3,7% azalıb.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 51 mln. ton neft və 27 mlnd. kubmetr qaz hasil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR