Bank Of Baku

2020-ci ildə Azərbaycan qaz hasilatını 54 mlrd. kubmetrə çatdıracaq

2020-ci ildə Azərbaycan qaz hasilatını 54 mlrd. kubmetrə çatdıracaq
# 15 fevral 2011 08:14 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, əgər 2006-cı ildə Azərbaycan ildə 9 mlrd. kubmetr qaz hasil edirdisə və eyni zamanda daxili tələbatı ödəmək üçün qaz idxal edirdisə, 2010-cu ildə qaz idxalçısından qaz ixracatçısına çevrilib: “Ötən il Azərbaycanda qaz hasilatı 27 mlrd. kubmetrə çatıb. Artıq Azərbaycan Rusiya, İran, Türkiyə, Gürcüstan kimi ölkələrə qaz ixrac edir. 2020-ci ildə bu göstərici iki dəfə artaraq 54 mlrd. kubmetrə çatacaq”.

N.Abbasov həmçinin bildirib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trln. kubmetr təşkil edir. “Şahdəniz” layihəsinin II fazası və “Ümid” yatağından danışan nazir müavini qeyd edib ki, “Ümid” yatağının ehtiyatı 200 mlrd. kubmetr proqnozlaşdırılır: “Bizdə adətən proqnozlar aşağı olur və hasilata başlandıqdan sonra həcm proqnozdan çox olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR