Bank Of Baku

Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
# 15 fevral 2011 08:38 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov qeyd edib ki, memorandum özündə Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması, «Cənub dəhlizi», enerji təhlükəsizliyi, bərpa olunan enerji, enerji effektivliyi və enerji resurslarının qorunması, alternativ enerji, təchizat, texniki əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələləri əhatə edir.

Azərbaycanın iqtisadi inkişafından danışan N.Abbasov qeyd edib ki, hazırda Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından tam təmin edir: «Əgər əvvəllər «Günəşli» yatağında neft ehtiyatı 300 mln. ton həcmində proqnozlaşdırılırdısa, hazırda bu proqnoz 2-3 dəfə artırılıb. Biz 2006-cı ildə 32 mln. ton neft, 2009-cu ildə 50 mln. tondan artıq, 2010-cu ildə isə 51 mln. ton neft hasil etmişik. Azərbaycan neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldir».

Öz növbəsində görüş zamanı Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun direktoru xanım Georgette Lalik bildirib ki, Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşlarından biridir: «Tərəflər arasında imzalanmış memorandum strateji tərəfdaşlığımızın indikatorudur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR