Bank Of Baku

Azərbaycan istehsal etdiyi elektrik enerjisinin 1/3-ni ixrac edə bilər

Azərbaycan istehsal etdiyi elektrik enerjisinin 1/3-ni ixrac edə bilər
# 15 fevral 2011 08:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, əgər 2006-cı ildə Azərbaycan 24 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib və bunun 23 mlrd. kVt/saatı daxili tələbatın ödənilməsinə sərf edilibsə, artıq 2010-cu ildə daxili tələbat 18 mlrd. kVt/saatla ödənilib, bu da Azərbaycanın enerjiyə qənaət etməsindən və alternativ enerji mənbələrindən istifadəsindən xəbər verir. «Ümumiyyətlə, hazırda Azərbaycanın elektrik enerjisinin illik istehsal potensialı 30 mlrd. kVt/saat təşkil edir ki, bunun da 10 mlrd. kVt/saata qədəri ixrac edə bilərik».

Nazir müavini onu da bildirib ki, hazırda Azərbaycan Türkiyə, İran, Rusiya və Gürcüstana elektrik enerjisi ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR