Bank Of Baku

Nazir müavini Natiq Abbasov: «Azərbaycan enerji resurslarının ixracında maraqlıdır»

Nazir müavini Natiq Abbasov: «Azərbaycan enerji resurslarının ixracında maraqlıdır»
# 15 fevral 2011 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan enerji resurslarını xarici bazarlara çıxarmaqda maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, bunun üçün Azərbaycana qanunla tənzimlənən bazarlar, təhlükəsizliyi tam təmin olunmuş infrastruktur lazımdır. Bu tələblərə cavab verən bir neçə layihənin olduğunu bildirən nazir müavini TAP (Trans Adriatic Pipeline), ITGI (Türkiyə, Yunanıstan və İtaliya), «Nabucco» kimi layihələrin icrası istiqamətində işlərin aparıldığını bilirib.

«Biz təkcə hasil edən və istehsalçı ölkə deyilik. Bizim çox gözəl coğrafi mövqeyimiz var ki, Azərbaycan həm də tranzit ölkəsidir. Bir çox beynəlxalq layihəyə marağımız var və bu layihələr həyata keçirələrsə, biz həm ixracatçı, həm də tranzit rolunda çıxış edəcəyik», - deyə N.Abbasov bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanın qaz ehtiyatı «Cənub dəhlizi»nə aid olan boru kəmərləri layihələrinin bir hissəsini təmin etmək imkanı verir.

Qeyd edək ki, hazırda Azərbaycanın qaz ehtiyatları 2,2 trln. kubmetr həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR