Bank Of Baku

Azərbaycanda sənaye istehsalı yanvarda 1,6% azalıb

Azərbaycanda sənaye istehsalı yanvarda 1,6% azalıb
# 15 fevral 2011 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,5 mlrd. manatlıq, yaxud 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6% az sənaye məhsulu istehsal edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 74,4%-i mədənçıxarma bölməsində, 19,1%-i emal bölməsində, 5,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin emal bölməsində məhsul istehsalı 3%, bölmənin məhsullarından qida məhsulları istehsalı 4,3%, geyim istehsalı 2,3 dəfə, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 52%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı 87,4%, kimya sənayesi məhsulları istehsalı 35,1%, əczaçılıq məhsulları istehsalı 19,5%, rezin və plasmas məmulatları istehsalı 17,5%, digər qeyri-metal mineral məhsulların istehsalı 11,1%, metallurgiya sənayesi məhsulları istehsalı 14,3%, elektrik avadanlıqları istehsalı 5 dəfə, maşın və avadanlıqların istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı isə 47,4 dəfə artıb.

Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1,9% artıb, elektrik enerjisi istehsalı isə 0,6% azalaraq 1,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı yanvar ayında 0,5% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR