Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri yanvarda 9,7% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri yanvarda 9,7% artıb
# 15 fevral 2011 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 9,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 11,6% artıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,2% azalıb.

Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 4%, toxuculuq sənayesi və geyim istehsalı üzrə 1,9%, içki istehsalı üzrə 1,6%, tütün məmulatlarının istehsalı üzrə 1,5%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 0,4%, maşın və avadanlıqların istehsalı üzrə 0,3%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2%, kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması üzrə 0,1% bahalaşıb, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə isə 0,2% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR