Bank Of Baku

Azərbaycan yanvarda neft məhsullarının istehsalını 4% azaldıb

Azərbaycan yanvarda neft məhsullarının istehsalını 4% azaldıb
# 15 fevral 2011 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda istehsal olunan neft məhsullarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 3,6% azalaraq 390,3 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında avtomobil benzininin istehsalı 2,6% artaraq 107 min ton, ağ neftin istehsalı 2,3% artaraq 49,9 min ton, sürtgü yağlarının istehsalı 2,1 dəfə artaraq 4,5 min ton olub, dizel yanacağının istehsalı isə 11% azalıb.

Neft emalı müəssisələrinin anbarlarında 39 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 17,5%-i qədər hazır məhsul olub.

Bununla yanaşı, 2011-ci il fevralın 1-i vəziyyətinə əsas istehlakçılarda 340 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1% çox mazut yanacağı, 18,5 min ton və ya 20,1% çox dizel yanacağı, 16,8 min ton və ya 6,3% çox avtomobil benzini, 14,5 min ton və ya 1,4% çox aviasiya üçün və sair ağ neft, 1,6 min ton və ya 14,3% çox sürtgü yağları, 7,2 min ton və ya 4% az daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR