Bank Of Baku

Gürcüstan yeni neft emalı zavodu tikmək üçün Azərbaycanla danışıqlar aparır

 Gürcüstan yeni neft emalı zavodu tikmək üçün Azərbaycanla danışıqlar aparır
# 15 fevral 2011 15:09 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Nika Gilauri bu gün keçirdiyi hökumətin yığıncağında bildirib.

Onun sözlərinə görə, hökumət yeni neft emalı zavodu tikmək üçün investisiya axtarır və bu məqsədlə Azərbaycanla yeni zavodu tikmək üçün danışıqlar aparır: “Özəl sektor böyük layihələrin həyata keçirilməsində iştirak edə bilmir, ona görə də bizə yeni investisiya fondu yaratmaq lazımdır. Bu sahədə hökumət axtarışlar aparır və bu fond ən iri layihələri maliyyələşdirə biləcək. Haqqında söhbət gedən neft emalı zavodu da bu iri layihələrə aiddir”.

N.Gilauri ölkə prezidentinin parlament qarşısında hesabatında da bu barədə məlumat verdiyini açıqlayıb: “Prezident hesabatında qeyd edib ki, bu zavodun tikintisi ilə bağlı azərbaycanlı həmkarlarla danışıqlar gedir”.

Yığıncaqda iştirak edən Gürcüstanın energetika naziri Aleksandr Xetaquri jurnalistlərə açıqlamasında bildirib ki, yeni neft emalı zavodunun tikintisi üçün lazım olan investisiyanın cəlb olunması 2012-ci ilin aprel ayının 1-dən başlayacaq. Nazirin sözlərinə görə, zavoda xammal Azərbaycandan gətiriləcək: “Azərbaycan bizim əsas və etibarlı tərəfdaşımızdır. Fikrimcə, yeni tikiləcək zavod həm Azərbaycan, həm də Gürcüstan üçün sərfəlidir. Eyni zamanda bu zavodun işə düşməsi ilə yeni iş yerləri açılacaq, əhali iş yeri ilə təmin ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR