Bank Of Baku

Ermənistan mart ayınadək «Qazprom»la danışıqları başa çatdırmaq istəyir

Ermənistan mart ayınadək «Qazprom»la danışıqları başa çatdırmaq istəyir
# 15 fevral 2011 16:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qazın qiymətinin dəyişməsi ilə bağlı Ermənistanla Rusiyanın «Qazprom» şirkəti arasında danışıqlar fevralın sonunda başa çatacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

«Danışıqlar davam edir, ümid edirik ki, fevralın sonunadək onlar başa çatacaqvə bizi nə gözlədiyi elan olunacaq» - deyə nazir qeyd edib.

Ötən ilin dekabrında məlum olub ki, Ermənistan 2011-ci ilin 1 aprelindən Rusiya qazının pulunu bazar qiyməti ilə ödəməli ola bilər. Hazırda Ermənistan Rusiya qazını 180 dollar/min kubmetr qiymətinə alır. Qeyri-rəsmi məlumatlara görə, bu qiymət 220 dolara qalxa bilər.

Movsisyan «Qazprom»un qazın qiymətini dəyişməmək üçün Ermənistanın qarşısında ağır şərtlər qoyması barədə məlumatları təkzib edərək bildirib ki, danışıqlar «möhkəm dostluq notlarında» aparılır: «Onlar yalnız pul istəyirlər. Onlar bizim problemlərimizi bilirlər, biz də onları başa düşürük, çünki onlar təkcə Ermənistanla işləmirlər. Bu məsələdə qarşılıqlı anlaşma var».

Qeyd edək ki, Gürcüstandan keçməklə Ermənistana verilən qazın daxili bazarda paylanması və satışı üzrə inhisarçı “ArmRosqazprom” QSC-dir. 1997-ci ildə yaradılan şirkətin səhmdarları «Qazprom» və Ermənistan hökumətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR