Bank Of Baku

Burqas-Aleksandrupolis neft kəməri layihəsinə xitam verilib

Burqas-Aleksandrupolis neft kəməri layihəsinə xitam verilib
# 16 fevral 2011 12:06 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, layihədə iştirak edən Rusiya şirkətləri - “Transneft”, “Rosneft” və “Qazprom neft” “Trans-Balkan Pipeline” layihəsinin operatorunun Müşahidə Şurasının fevralın 17-də keçiriləcək iclasında maliyyələşdirmənin dayandırıldığını elan edəcəklər.

Qeyd edək ki, 2007-ci ilin martında Rusiya, Bolqarıstan və Yunanıstan hökumətləri arasında Burqas (Bolqarıstan) - Aleksandrupolis (Yunanıstan) neft kəmərinin tikintisinə dair dövlətlərarası saziş imzalanıb. Kəmərin tikintisinə dair layihənin dəyəri 1,5 mlrd. avro həcmində qiymətləndirilib. Bu neft kəməri vasitəsilə Rusiya və Qazaxıstan neftinin Bolqarıstan və Yunanıstandan keçməklə Avropa, ABŞ və Asiya-Sakit okean regionuna daşınması planlaşdırılırdı. Uzunluğu 280 km olan Burqas-Aleksandrupolis kəməri ilə ildə 35 mln. barel neftin daşınması mümkün sayılır, gələcəkdə bu rəqəmin 50 mln. barelə çatdırılacağı gözlənilirdi. Neft kəməri iştirakçı dövlətlərin təsis edəcəyi Beynəlxalq Layihə Şirkəti tərəfindən idarə ediləcəkdi. Bu konsorsiumun səhmlərinin 51%-i Rusiyaya, 24,5%-i Bolqarıstana, 24,%-i isə Yunanıstana məxsus olacaqdı.

Türkiyə boğazlarından yan keçməsi planlaşdırılan Burqas-Aleksandrupolis neft kəməri həm də Bakı-Tiflis-Ceyhan neft kəmərinə alternativ boru xətti sayılırdı. Ötən ilin iyun ayında Bolqarıstanın imtinasından sonra demək olar ki, Transbalkan neft kəmərinin taleyi sual altına düşmüşdü. Yunanıstanın maliyyə problemlərini nəzərə aldıqda, bu kəmərin yaxın vaxtlarda çəkilməyəcəyi ehtimal olunurdu. Rusiyanın layihədən çıxması isə o deməkdir ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinə alternativ kimi düşünülən Transbalkan kəməri, ümumiyyətlə, tikilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR