Bank Of Baku

Liviya və Bəhreyndəki həyəcanların fonunda neftin qiyməti artır

Liviya və Bəhreyndəki həyəcanların fonunda neftin qiyməti artır
# 16 fevral 2011 18:25 (UTC +04:00)
Bakı-APA. Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi ehtimalları fonunda dünya hərraclarında neftin qiyməti artır. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

ABŞ-ın WTI (Light Sweet Crude Oil) markalı neftin mart fyuçerslərinin Nyu-Yorkun elektron hərraclarındakı qiyməti 0,64 dollar, və yaxud 0,8%, artaraq barelə görə 84,96 dollar olub. Brent markalı Şimal dənizi neft qarışığının qiyməti isə 1,03 dollar, və yaxud 1,0%, artaraq barelə görə 102,22 dollar olub.

Ötən həftə uzunmüddətli küçə nümayişlərindən sonra Misir prezidenti Hüsni Mübarək istefa verərək hakimiyyəti orduya verdi. Əlcəzair, Yəmən və Bəhreyndə də demokratik islahatlar tələbi ilə etiraz aksiyaları keçirilir.

Hökumət əleyhinə mitinqlər Liviyanın Benqazi şəhərində də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR