Bank Of Baku

“Ukrtransnafta”: Rusiya nefti ilə müqayisədə Azərbaycan neftini almaq daha sərfəlidir

“Ukrtransnafta”: Rusiya nefti ilə müqayisədə Azərbaycan neftini almaq daha sərfəlidir
# 17 fevral 2011 08:49 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna neft kəmərləri sisteminin operatoru “Ukrtransnafta” Odessa-Brodı neft kəmərini Azərbaycan nefti ilə doldurmağa və Belarusdakı istehlakçılara göndərməyə başlayıb.

APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, Belarusla əldə olunmuş ikitərəfli razılaşmaya əsasən “Azeri-Light” markalı yüngül Xəzər nefti Odessa-Brodı neft kəmərinə doldurulub və kəmərin “Dostluq” qoluna yönəldilib.

Artıq “Cənub” dəniz neft terminalı hər birində 85 min ton neft olan iki tankeri qəbul edib. Hazırda neft kəmərində əvvəlki dövrdən qalmış “Urals” (Rusiya) markalı 620 ton texnoloji neftin təmizlənməsi prosesi gedir.

“Ukrtransnafta” Azərbaycanla neftin nəqli və Çexiya, Slovakiya, Macarıstanın neft emalı zavodlarına göndərilməsi barədə danışıqlar aparır. O cümlədən ildə 3 mln. ton neftin idxalı məsələsi də müzakirə olunur. Bu, Ukraynaya ildə 17-20 mln. dollar gəlir əldə etmək imkanı verəcək.

“Ukrtransnafta”nın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, Rusiya nefti ilə müqayisədə Azərbaycan neftini almaq daha sərfəlidir və Ukrayna tərəfi xam neftin fasiləsiz nəqlini təmin etməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR