Bank Of Baku

Avropa İttifaqı “Nabucco” və ITGI layihələrini birləşdirməyi təklif edir

Avropa İttifaqı “Nabucco” və ITGI layihələrini birləşdirməyi təklif edir
# 17 fevral 2011 13:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa İttifaqı (Aİ) iki mühüm qaz layihəsini - “Nabucco” və ITGI-nı (Interconnector Turkey-Greece-İtaly) birləşdirməyi təklif edir.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, məqsəd Azərbaycan qazının Avropaya çatdırılmasını təmin etməkdir.

Aİ Xəzər regionunun qazını almaqla Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Avropanın bu məqsədə çatmaq üçün ümidlə baxdığı layihələr “Nabucco”, ITGI və TAP (Transadriatik) qaz kəməri layihələridir.

Avropa Komissiyasının fikrincə, əvvəlcə daha ucuz olan ITGI layihəsi reallaşdırılmalı, daha sonra onun, “Nabucco” layihəsində nəzərdə tutulduğu kimi, Avstriyaya qədər uzadılmasıdır. ITGI layihəsi 3,4 mlrd. dollar, “Nabucco” isə 10,7 mlrd. dollar civarında qiymətləndirilir.

“Nabucco” konsorsiumundan bildirilib ki, hazırda ITGI ilə hər hansı danışıqlar aparılmır, yalnız siyasi səviyyədə müzakirələr gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR