Bank Of Baku

ARDNŞ prezidenti «UOP» «Honeywell» şirkətlərinin nümayəndə heyəti ilə görüşüb

ARDNŞ prezidenti «UOP» «Honeywell» şirkətlərinin nümayəndə heyəti ilə görüşüb
# 17 fevral 2011 15:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «UOP» firmasının prezidenti Raciv Qautam və «Honeywell» şirkətinin İxtisaslaşmış Materiallar bölməsinin prezidenti Andreas Kramvisin başçılıq etdikləri nümayəndə heyəti ilə görüş keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev qeyd edib ki, «UOP» dünyada neft emalı və neft-kimya mühəndisliyində tanınmış şirkətlərdən biridir və Azərbaycanda hazırda fəaliyyətdə olan aparıcı emal qurğularının müəlliflərindəndir. «UOP» ilə ARDNŞ arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayan R.Abdullayev bu əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarandığını da nəzərə çatdırıb.

R.Qautam qeyd edib ki, UOP dünyanın texnoloji liderlərindən biri olan “Honeywell International” korporasiyasına inteqrə olunub və bununla da öz imkanlarını xeyli artırıb. Azərbaycan neft emalı müəssisələri ilə əməkdaşlıqdan böyük təcrübə qazanıldığını qeyd edən qonaq bu zəngin təcrübədən Bakıda inşa olunacaq yeni kompleksin texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması, inşa ediləcək müəssisələrin konfiqurasiyası, inteqrasiyası və optimallaşdırılması sahələrində görüləcək işlərdə də istifadə etmək niyyətində olduqlarını söyləyib.

ARDNŞ prezidenti R.Abdullayev diqqəti yeni tikiləcək neft-qaz emalı və neft kimyası kompleksinin strateji əhəmiyyətinə yönəldib və bildirib ki, xammal təminatı Azərbaycanın neft və qaz ehtiyatları hesabına həyata keçiriləcək bu kompleks ölkədə neftin və qazın emalı və xüsusən də neft kimyası sənayesinin inkişafında yeni mərhələ təşkil edəcək. Bu, həmçinin köhnə neft emalı zavodlarının Bakıdan kənara köçürülməsinə və beləliklə, şəhərin ekologiyasının yaxşılaşmasına müsbət təsir göstərəcək. Dünyanın bu sahədə digər tanınmış şirkətləri ilə yanaşı, «UOP» və «Honeywell»in də yeni kompleksə maraq göstərdiklərini yüksək qiymətləndirən R.Abdullayev bildirib ki, yeni kompleks inşa olunana qədər ölkənin benzinə artan tələbatını təmin etmək üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mövcud qurğularında yenidənqurma və optimallaşma işləri aparılmalıdır. ARDNŞ rəhbəri bildirib ki, həmin qurğuların müəlliflik hüququna malik «UOP» ilə ARDNŞ mütəxəssislərinin bu sahədə işbirliyini davam etdirməsi müsbət nəticələr verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR