Bank Of Baku

Azərbaycan yanvarda qızıl və gümüş istehsalını artırıb

Azərbaycan yanvarda qızıl və gümüş istehsalını artırıb
# 18 fevral 2011 08:35 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvarda hasil olunan qızılın həcmi 2010-cu ilin dekabr ayına nisbətən 0,8% azalıb.

Bununla yanaşı, hesabat ayında ölkədə 344 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar ayına nisbətən 6,9 dəfə çoxdur.

Cari ilin fevral ayının 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 121 kq, gümüşün isə 1 696 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar ayında 582 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji ayı ilə müqayisədə bu göstərici 3,9 dəfə artıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 385,1 ABŞ dollarına, gümüşün 1 unsiyası isə 3,7 dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR