Bank Of Baku

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli artıb, qazın nəqli isə azalıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli artıb, qazın nəqli isə azalıb
# 18 fevral 2011 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 4,1 mln. ton və ya ötən ilin analoji ayı ilə müqayisədə 2,5% çox neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə həyata keçirilib. Ötən ay ərzində bu kəmər vasitəsilə 3,1 mln. ton neft ötürülüb ki, 2010-cu ilin yanvar ayı ilə müqayisədə bu göstərici 3,3% artıb. Ötən ay ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 225,1 min ton Türkmənistan nefti də nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat ayında 1,7 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu göstərici dəyişməz qalıb. Nəql edilmiş qazın 19,3%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə ötən ay 336,5 mln. kubmetr qaz nəql edilib, bu da 2010-cu ilin yanvar ayına nisbətən 27,8% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR