Bank Of Baku

ARDNŞ-a məxsus ərazilərdə radon qazının kadastrı yaradılacaq

ARDNŞ-a məxsus ərazilərdə radon qazının kadastrı yaradılacaq
# 19 fevral 2011 08:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Geologiya İnstitutu tərəfindən həyata keçirilən «Azərbaycan üçün radon kadastrının yaradılması, radonun diaqnostikası və onun problemlərinin azaldılması naminə» layihənin ARDNŞ-ın fəaliyyət göstərdiyi ərazilərdə tətbiqi imkanları müzakirə edilib. Bu məqsədlə, ARDNŞ-a məxsus olan ərazilərdə yerləşən təsərrüfat obyektlərində radon detektorlarının quraşdırılması nəzərdə tutulub.

ARDNŞ üzrə radon kadastrı hazır olduqdan sonra, radonun emanasiyasının yol verilə bilən normadan artıq olduğu yerlərdə onun azaldılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR