Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 21 fevral 2011 09:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2011-ci il fevral ayının 1-nə müsbət 9,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks yanvarın 1-nə mənfi 4,2%, ötən ilin dekabrın 1-nə isə müsbət 3,7%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, Azərbaycanda 2011-cu il fevralın 1-nə sənaye müəssisələrinin anbarlarında 222,2 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da yanvarın əvvəli ilə müqayisədə 18,8 mln. manat azdır.

Mal ehtiyatlarının artması istehsalın artması və ya istehlakın azalması ilə bağlı ola bilər. Yanvar ayında sənaye məhsulu istehsalı indeksi əvvəlki ayla müqayisədə 109,8% təşkil etməsini nəzərə alsaq, mal ehtiyatları indeksinin artmasının məhz bu amillə bağlı olduğunu bildirmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR