Bank Of Baku

Azərbaycan yanvarda istehlakçılara göndərdiyi neft məhsullarının həcmini 10% artırıb

Azərbaycan yanvarda istehlakçılara göndərdiyi neft məhsullarının həcmini 10% artırıb
# 21 fevral 2011 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan istehlakçılara (ixrac da daxil olmaqla) 478 min ton və ya ötən ilin müvafiq dövründəkindən 10,1% çox neft məhsulları göndərib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, onun 65,1%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 34,9%-i isə ixrac olunub. Neft məhsullarının 41,9%-ni dizel yanacağı, 17,8%-ni avtomobil benzini, 10,6%-ni aviasiya üçün və sair ağ neft, 6,4%-ni mazut yanacağı, 3,5%-ni maye qazlar, 1,9%-ni neft bitumu, 1,1%-ni sürtgü yağları, 16,8%-ni isə digər məhsullar təşkil edib.
Hesabat ayında ölkə istehlakçılarına 311,3 min ton, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,6% çox neft emalı məhsulları göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçılara neft bitumu istisna olmaqla digər neft məhsullarının göndərilməsi artıb.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyat İdarəsi 2011-ci ilin yanvar ayında özəl təşkilatlara neft emalı zavodlarından daxil olan avtomobil benzininin 84,3%-ni, sürtgü yağlarının 47,7%-ni, dizel yanacağının 37,5%-ni, mazut yanacağının 33,8%-ni realizə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR