Bank Of Baku

“Azərikimya”da Birliyin iqtisadiyyatla bağlı sahələrində çalışmaq arzusunda olanların işə qəbulu ilə bağlı test üzrə müsabiqə keçirilib - FOTO

“Azərikimya”da Birliyin iqtisadiyyatla bağlı sahələrində çalışmaq arzusunda olanların işə qəbulu ilə bağlı test üzrə müsabiqə keçirilib - <font color=red>FOTO</font>
# 21 fevral 2011 16:42 (UTC +04:00)
Bakı-APA. Ötən il noyabrın sonundan etibarən «Azərikimya» İB-də işə qəbul üzrə Sumqayıtda ilk dəfə olaraq tətbiqinə başlanılmış test-sınaq imtahanlarının sayca 7-cisi neft-kimya sahəsin¬də kimyaçı-mühəndislərlə yanaşı gənc və bacarıqlı, həmçinin təcrübəli mütəxəssislərə tələbatın olduğu iqtisadiyyat və maliyyə sahəsi üzrə keçirilib.

APA-nın məlumatına görə, test imtaha¬nın¬da 50–yə yaxın gənc, eyni zamanda bu sahə üzrə müəyyən iş təcrübəsinə malik mütəxəssislər iştirak edib. Sınaq imtahanının gedişinə «Azərikimya» İB-nin mü¬vafiq komissiya üzvləri ilə yanaşı Birliyin İqtisadiyyat və uçot İdarəsinin mütəxəssisləri də nəzarət ediblər.

ARDNŞ-in struktur tərkibinə daxil olduğu 9 ay müddətində iqtisadi vəziyyətinin və sosial-məişət şəraitinin xeyli yaxşılaşdığı, kimya¬¬çılara göstərilən diqqət və qayğının daha da artdığı «Azərikimya»nın müəssisə¬lərində iş¬lə¬mək arzusunda olanların hər birinə Bir¬liyin yüksək ixtisaslı mütəxəssisləri tərə¬fin¬¬dən tərtib edilmiş 25 sualdan ibarət test bilet¬ləri təqdim olunub.

10-dan artıq iqtisadçı və mühasib qızların da iştirak etdiyi test imtahanında həm nəzəri, həm də təcrübi cəhətdən hazırlıqlı olan iddiaçılar bilet üzrə daha çox suallara ca¬vab verməklə bilet vərəqələrini imtahan komissiyasına vaxtından əvvəl təqdim edərək, öz bilik və bacarıqlarını, kimyaçılar kollektivində işləməyə hazır olduqlarını sübut etməyə çalışıblar. Qeyd edək ki, bundan əvvəl kimya texnologiyası, mexanika, avto¬matika, energetika, nəqliyyat və tikinti-inşaat üzrə keçirilən test-sınaq müsabiqələrində 500-dən artıq mühəndis və ixtisaslı fəhlə iştirak edib, onların ən bacarıqlıları «Azəri¬kimya» İB-də işə qəbul olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR