Bank Of Baku

Azərbaycan neftinin qiyməti 110 dollara çatıb

Azərbaycan neftinin qiyməti 110 dollara çatıb
# 23 fevral 2011 08:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti son 2,5 il ərzində ən yüksək həddə çatıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, fevralın 22-də London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin qiyməti 2,34 dollar artaraq 109,72 dollara çatıb. Bu son 2,5 ildə Azərbaycan neftinin ən yüksək qiymətidir – sonuncu dəfə belə qiymət 2008-ci ilin sentyabrın 1-də qeydə alınıb. Neftin bahalaşmasının əsas səbəbi ərəb dövlətlərində ictimai-siyasi vəziyyətin gərginləşməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR