Bank Of Baku

Azərbaycanın kimya sənayesində yanvarda istehsal 35% artıb

Azərbaycanın kimya sənayesində yanvarda istehsal 35% artıb
# 23 fevral 2011 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 21,2 mln. manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 5,8% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 35,1%, əczaçılıq məhsullarının istehsalında 19,5%, rezin və plastmas məmulatları istehsalında isə 17,5% artıb. Əsas kimya məhsullarından polietilenin istehsalında 67,1%, azot istehsalında 31,2%, lak-boya məmulatlarının istehsalında 49,8% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 6,3 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR