Bank Of Baku

Azərbaycan yanvarda sement istehsalını 5% artırıb

Azərbaycan yanvarda sement istehsalını 5% artırıb
# 23 fevral 2011 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən 17,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənaye müəssisələri tərəfindən əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,1% çox və ya 86,5 min ton sement, 2,5 dəfə çox və ya 7,1 min ton tikinti gipsi, 60% çox və ya 12,8 min kubmetr tikinti kərpici, 9,2 dəfə çox və ya 42,5 min ton asfalt, 3,6 dəfə çox və ya 4 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 11,5% və ya 39,7 min ton çox hörmə üçün hazır beton qarışığı istehsal edilib.

Qeyd edək ki, 2011-ci il fevralın 1-nə müəssisələrin anbarlarında 9,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 4,3%-i qədər hazır məhsul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR