Bank Of Baku

Dəniz obyektlərində qazma işlərinə ekoloji nəzarət həyata keçirilir

Dəniz obyektlərində qazma işlərinə ekoloji nəzarət həyata keçirilir
# 23 fevral 2011 15:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yanvar-fevral aylarında ARDNŞ-nin Ekologiya İdarəsi Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası “Günəşli”, “Neft Daşları”, “Ələt-Dəniz”, “8 mart”, Bulla-Dəniz” və “Pirallahı-Dəniz” yataqlarında ekoloji nəzarət monitorinqləri aparıb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, məqsəd Kompleks Qazma İşləri Trestinin tabeçiliyində olan müəssisələr tərəfindən dərin dəniz özüllərində aparılan qazma işlərinin ətraf mühitə təsirini öyrənmək olub.

Monitorinq zamanı müəyyən edilib ki, özüllərdə qazma zamanı yaranan tullantılar qənaətbəxş idarə olunur. Kimyəvi işlənmiş qazma şlamı müasir tipli vibroələklərdən keçirilərək xüsusi konteynerlərə toplanıb və gəmilər vasitəsilə sahilə daşınaraq Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”nə təhvil verilib. İstehsalat prosesi zamanı formalaşan istehsalat-çirkab suları döşəmə altında quraşdırılmış bir-biri ilə əlaqəli çənlərdə toplanmış, məişət-çirkab sularının zərərsizləşdirilməsi üçün yeni, kiçik həcmli bioloji qurğuların alınması nəzərdə tutulub. Ekologiya İdarəsinin belə monitorinqləri digər dərin dəniz özüllərində də aparması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR