Bank Of Baku

ARDNŞ Londonda qəbul təşkil edib

ARDNŞ Londonda qəbul təşkil edib
# 23 fevral 2011 16:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın paytaxtı Londonda keçirilən ənənəvi ənənəvi Beynəlxalq Neft Həftəsində iştirak edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Neft Həftəsi Britaniya Enerji İnstitutu tərəfindən hər il təşkil edilir və dünya neft-qaz sənayesinin aparıcı mütəxəssisləri Londona toplaşaraq bu sahənin aktual məsələlərini müzakirə edir, qabaqcil nailiyyətlərlə, yeni texnologiyalarla tanış olurlar.

Transmilli neft-qaz şirkətlərinin yüksək səviyyədə təmsil olunduğu bu tədbirdə ARDNŞ rəhbərliyi də iştirak edib. Fevralın 21-də tədbir çərçivəsində Böyük Britaniya paytaxtının «Dorçester» mehmanxanasında ARDNŞ rəhbərliyi adından qəbul təşkil olunub. Qəbulda beynəlxalq neft-qaz şirkətlərinin, bankların, investisiya qurumlarının rəhbərləri, Azərbaycana maraq göstərən biznes dairələri nümayəndələri, xarici ölkələrin Böyük Britaniyadakı səfirliklərinin təmsilçiləri, eləcə də ARDNŞ-nin Avropadakı nümayəndəliklərinin əməkdaşları iştirak edib. Qəbul vaxtı mehmanxananın foyesi Azərbaycan rəssamlarının əsərləri ilə bəzədilib, iştirakçılara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Qonaqları salamlayan Rövnəq Abdullayev ARDNŞ-nin son illər həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən söz açıb, şirkətin əldə etdiyi uğurlardan ətraflı bəhs edib. R.Abdullayev şirkətin nailiyyətləri sırasında son 20 il ərzində ilk dəfə olaraq ARDNŞ-nin daxili resurslar hesabına “Ümid” yatağını kəşf etməsini xüsusi vurğulayıb. Beynəlxalq bazarlarda neft-qaz satışı əməliyyatlarını uğurla həyata keçirən “SOCAR Trading”in qısa müddətdə Avropada tanınmasını qeyd edən şrkət rəhbəri ARDNŞ-nin modernləşməsinin beynəlxalq diqqətdən kənarda qalmadığını, şirkətin fəaliyyətinin nüfuzlu “Fitch” və “Moody’s” reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirildiyini bildirib. ARDNŞ prezidenti həmçinin qonaqlara şirkətin perspektiv layihələri haqda da məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR