Bank Of Baku

MHŞT üzrə hesabatlara “Mur Stefens” şirkəti rəy verəcək

MHŞT üzrə hesabatlara “Mur Stefens” şirkəti rəy verəcək
# 23 fevral 2011 16:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Fevralın 23-də Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib. «APA-Economics»in məlumatına görə, iclasda Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 2010-cu il üzrə hesabatlarını təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilib. Qeyd edək ki, müsabiqəyə 7 auditor şirkəti - Deloyt, PrisevaterhausKupers, Ernst ənd Young, Euro Audit MMC - Nexia İnternational beynəlxalq audit şirkətinin üzvü, Mur Stefens, Baker Tilly Audit Azərbaycan, MAK Azərbaycan LTD təkliflər verib. Çoxtərəfli Qrupun qərarına əsasən audit "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçiriləcək. İclasda həmçinin 2-3 martda Parisdə keçiriləcək MHŞT üzrə Qlobal Konfransda “MHŞT üzrə Milli Sərgi” və digər məsələlərə dair müzakirələr aparılıb.

Xatırladaq ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR