Bank Of Baku

Azərbaycan nefti 3 dollar bahalaşıb

Azərbaycan nefti 3 dollar bahalaşıb
# 24 fevral 2011 08:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti 3 dollar artıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsindən «APA-Economics»ə verilən məlumata görə, fevralın 23-də London birjasında keçirilən hərraclarda “Azeri Light” markalı neftin qiyməti 3,14 dollar artaraq 112,86 dollara çatıb.

Bu, 2008-ci ilin avqust ayından indiyədək Azərbaycan neftinin ən yüksək qiymətidir. Neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə davam edən toqquşmalardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR