Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi yanvarda 77% artıb

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi yanvarda 77% artıb
# 24 fevral 2011 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 18,2 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin yanvar ayına nisbətən 76,7% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 14,3% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 36,9% azalıb.

Hesabat ayı ərzində sahədə 6,3 min ton və ya 4,2 dəfə çox polad tökmə məhsulları, 15,4 min ton və ya 0,8% çox armatur istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR