Bank Of Baku

Neftin qiyməti 220 dollara çata bilər

Neftin qiyməti 220 dollara çata bilər
# 24 fevral 2011 14:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Liviya və Əlcəzairdən neft ixracı dayansa, neftin qiyməti 220 dollaradək bahalaşa bilər.

APA-Economics”in xəbərinə görə, bu proqnozla London Sitidə “Nomura Holdings Inc.” şirkətinin əmtəə bazarları üzrə mütəxəssisləri çıxış edib.

Nomura mütəxəssislərinin analitik qeydlərində bildirilir ki, Liviya və Əlcəzair (hər iki ölkə OPEK üzvüdür) eyni vaxtda neft ixracını dayandırsalar, dünya bazarında neftin qiyməti 220 dollara qalxa, OPEK-in ehtiyac gücləri isə 2,1 mln. barelə düşə bilər. Bu, Fars körfəzi savaşı zamanı və 2008-ci ildəki səviyyəyə uyğundur.

Xatırladaq ki, Fars körfəzindəki müharibə zamanı neftin qiyməti 7 ay ərzində 130% bahalaşmış, OPEK-in ehtiyat gücləri gündə 1,8 mln. barelə düşmüşdü. Ekspertlərin fikrincə, spekulyativ neft investorlarının fəaliyyəti nəticəsində qiymətlər 220 dollardan da baha ola bilər. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, hazırda OPEK-in ehtiyac neft hasilatı gücləri gündə 5 mln. bareldir. Səudiyyə Ərəbistanının neft naziri Əli ən-Nueymi bildirib ki, dünya bazarında neft qıtlığı təhlükəsi yaransa, OPEK hasilatı artıracaq.

Ötən ayın nəticələrinə görə, Əlcəzairin neft hasilatı ayda 1,25 mln. barel, Liviyanın hasilatı isə 1,59 mln. barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR