Bank Of Baku

Macarıstan Milil İnkişaf Nazirliyinin dövlət katibinin müavini Peter Olajos: «Macarıstan Avropa İttifaqına sədrliyi dövründə «Nabucco»nun işə düşməsi üçün əlindən gələni edəcək»

Macarıstan Milil İnkişaf Nazirliyinin dövlət katibinin müavini Peter Olajos: «Macarıstan Avropa İttifaqına sədrliyi dövründə «Nabucco»nun işə düşməsi üçün əlindən gələni edəcək»
# 25 fevral 2011 10:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Macarıstan Avropa İttifaqına sədrlik etdiyi müddətdə «Nabucco» layihəsinin işə düşməsi və bununla bağlı mümkün qədər çox nailiyyətin əldə edilməsi üçün əlindən gələni edəcək». «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Macarıstan Milil İnkişaf Nazirliyinin dövlət katibinin müavini Peter Olajos bildirib.

Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edən P.Olajos bildirib ki, Macarıstanın istifadə etdiyi neftin 100%-i, qazın isə 80%-i ölkəyə ixal olunur: «Biz bu məsələdə Rusiyadan çox asılıyıq və alternativ yolları, o cümlədən «Nabucco» layihəsini dəstəkləyirik».

Qeyd edək ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Son qiymətləndirmələrə görə, uzunluğu 3 300 km olacaq boru xəttinin tikintisi təqribən 7,9 mlrd. avroya (12,3 mlrd. ABŞ dolları) başa gələcək. Bu xərcin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR