Bank Of Baku

«Tullantıların emal olunması texnologiyaları» mövzusunda seminar keçirilib

«Tullantıların emal olunması texnologiyaları» mövzusunda seminar keçirilib
# 25 fevral 2011 15:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrinin qazma sahəsində çalışan ekoloqları ABŞ-nın «Mİ SWACO» şirkətinin törəmə müəssisəsi olan «Azeri M-İ Drilinq Fluids LTD» şirkəti tərəfindən keçirilmiş «Tullantıların emal olunması texnologiyaları» mövzusunda seminarda iştirak edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə «Azeri M-İ Drilinq Fluids LTD»nin mütəxəssisləri tərəfindən hazırlanmış «Tullantıların emal olunması texnologiyaları» mövzusunda məruzə dinlənilib, dəniz və quruda qazma zamanı istilik enerjisindən istifadə etməklə suyun və karbohidrogenlərin bərk fazadan ayrılması prosesi və digər mövzularda təqdimatlar keçirilib.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində qazma şlamının utilizasiya texnologiyalarının yerinə yetirilməsi ilə məşğul olan ABŞ-nın «MI SWACO» şirkəti ARDNŞ-ın Tullantıların İdarə Olunması Mərkəzinin yenidən qurulması ilə əlaqədar keçirilmiş tenderin qalibidir və hazırda bu sahədə işləri həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR